Tiktok sosial şəbəkəsi işə salınacaq mini oyunlarını sınaqdan keçirməyə başlayıb. “Reuters”dən verilən məlumata əsasən, test müddəti ərzində yalnız Vyetnamdan olan istifadəçilər TikTok daxilində oyunlar oynaya biləcəklər.
Xeberler.az bildirir ki, işə salınacaq oyunlar vasitəsilə TikTok öz növbəsində reklamlardan əldə ediləcək gəlirlərini və istifadəçilərin servisdə keçirdikləri zamanı yüksəldəcək. TikTok artıq aylıq 1 milyard aktiv istifadəçi kütləsinə sahibdir. Vyetnam əhalisinin 70%-nin yaşı 35-dən aşağıdır və üstəlik əhalinin böyük hissəsinin texniki savadlılıq səviyyəsi çox yüksəkdir. Buna görə də təkcə TikTok deyil, Feysbuk və Yutub kimi servislər də öz yeni funksiyalarını Vyetnamda test edirlər.
TikTok təmsilçisi təsdiqləyib ki, onlar öz platformalarında HTML5 formatlı mini oyunların test edilməsinə başlayıblar. Bu cür imkan “Zynga” kimi məşhur studiyaların tərtibatçıları ilə birgə səy nəticəsində reallaşdırılıb. Lakin bəzi məlumatlara əsasən, gələcəkdə TikTok daxilində həmçinin “ByteDance” (TikTok-un sahibi) şirkəti tərəfindən hazırlanacaq oyunlar da istifadəyə veriləcək. İlk mərhələlərdə istifadəçilər sadə mexanikaya sahib mini oyunlardan istifadə edə biləcəklər. Lakin buna baxmayaraq şirkətin bu məsələ ilə bağlı planları daha genişmiqyaslıdır.
Məlumata əsasən, TikTok daxilində olacaq mini oyunlarda reklamlar reallaşdırılacaq və həmin reklamlardan əldə ediləcək gəlir TikTok ilə oyun tərtibatçıları arasında bölüşdürüləcək.
Fidan Ali
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri